Telekanaldan 100 min tələb etdilər - `Qarabağ`a görə


15:56     01 Avqust 2017 idman%20azerbaycan.png

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab matçı olan "Şerif" - "Qarabağ" oyununu "İdman Azərbaycan" kanalı yayımlamaq istəsə də, moldovalılar bunun üçün telekanaldan yüksək məbləğdə ödəniş tələb ediblər.


Femida.az xəbər verir ki, Moldovada matçı canlı göstərəcək televiziya Azərbaycan tərəfindən 100 min manat tələb edib.

Qeyd edək ki, “Qarabağ” hələ ilk matçdan əvvəl qarşı tərəfə hər iki oyunun ödənişsiz yayımlanmasını təklif etsə də, Moldova təmsilçisi bununla razılaşmayıb.

Xatırladaq ki, sabah keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 2311


Oxşar xəbərlər